Azərbaycanın gömrük sistemində fevralın 1-dən tətbiq edilən «Yaşıl dəhliz»dən sahibkarlar həvəslə istifadə etməyə başlayıblar. FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakıda keçirilən «Vergilər. Şəffaflıq. İnkişaf» forumunda bildirib. Onun sözlərinə görə, yenicə tətbiq edilməsinə baxmayaraq artıq 100-dən artıq şirkət «Yaşıl dəhliz»dən istifadə etmək hüququ əldə edib: «Nəticədə onlar idxal-ixracla bağlı bütün əməliyyatları özləri öz ofislərində həyat keçirir, o cümlədən ofisdən çıxmadan ödənişlərini edirlər».
S.Mehdiyev bidirib ki, qarşıdakı hədəflərə görə, ixrac əməliyyatları tamamilə, idxal isə 35% «Yaşıl dəhliz» vasitəsilə həyata keçirilməlidir.
Eləcə də bax: Mikayıl Cabbarov: "Sahibkar vergi orqanı ilə təmasdan qorxmamalıdır"