Azərbaycan 2018-ci ildə $177 mln. 380,78 min dəyərində pomidor ixrac edib. FED.az xəbər verir ki, bu barədə rəsmi dairələrdən məlumat verilib.
"2018-ci ildə Azərbaycan $177 mln. 380,78 min dəyərində 171,921 min ton pomidor ixrac edib. 2017-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 19,4%, dəyər ifadəsində 17% artıb", - deyə məlumatda bildirilir.
Eləcə də bax: Subsidiya verilir - QƏRAR QƏBUL EDİLDİ
Hesabat ilində pomidorun əsas idxalçısı Rusiya olub. Belə ki, 2018-ci ildə bu ölkəyə $176 mln. 263,12 min dəyərində 170,315 min ton (bütün ixracın 99,06%-i – İF) pomidor ixrac olunub. 2017-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 11,2%, dəyər ifadəsində 16,5% artıb.
2017-ci ildə Azərbaycan $151,6 mln. dəyərində pomidor ixrac edib, pomidorların əsas həcmi Rusiyaya tədarük olunub