“Facebook”un qurucusu Mark Zukerberq “WhatsApp”ı neçə milyard dollar qarşılığında satın aldığını etiraf edib.
FED.az xəbər verir ki, Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən yaydığı məlumata görə, Zukerberq 5 il öncə bu sosial şəbəkəni 19 milyard dollar dəyərində aldığını bildirib.
Eləcə də bax: Ən güclü və ən zəif şüalanmaya malik smartfonlar - MƏLUM OLDU
Qeyd edək ki, “Facebook”un qurucusu 2012-ci ildə 1 milyard dollar dəyərində “İnstagram” sosial şəbəkəsini də satın almışdı.“WhatsApp”ın qurucusu olan Jan Xoum ilə danışıqlar apararkən olduqca çətin anlar yaşadıq. Jan Xoum bir qərar verə bilmirdi. Jan məndən düşünmək üçün zaman istədi. Elə o anda itim Bist içəri girərək onun qucağına atıldı. Sanki bu anda bütün buzlar əridi və biz ortaq məxrəcə bildik” – deyə Mark Zukerberq əlavə edib.