“Bakıda parklanma ilə əlaqədar problemlər var. Buna səbəb tikililər, yeni tikililər, pilot layihələrdir”.
FED.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli "ASAN radio"nun “QəbuldASAN” verilişində bildirib.
ELƏCƏ DƏ BAX: Bakıda marşrut açmaq istəyənlər – NƏQLİYYAT AGENTLİYİNƏ TOPLANDI
Onun sözlərinə görə, BNA parklanma ilə bağlı Avropa təcrübəsini nəzərdən keçirir: “Parklanma ilə bağlı geniş maarifləndirmə işləri aparılıb. Parklanmaya təsir edən və ona aidiyyəti olan nişanlar əvvəllər də olub. Buna görə cərimələr də var idi”.
V.Kərimli deyib ki, Bakıda 18 min maşınlıq parkinq yerləri var. Eyni zamanda 25 özəl sektor tərəfindən inşa edilmiş qapalı və açıq yerlər var.
Bakıda parklanmaya problem yaradan səbəblər – AÇIQLANDI
21:00
7 Fev 2019