Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 15-nin ötənilki qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
FED.az xəbər verir ki, bunlar "Bank BTB", "Unibank", "Nikoyl Bank", "Bank of Baku", "Muğan Bank", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", "AGBank", "Azər-Türk Bank", "Zıraat Bank Azərbaycan", "Premium Bank", "Express Bank", "Günay Bank", "NBC Bank" və "Kapital Bank"dır. Ən yüksək dinamika "Bank BTB"də (2,9 dəfə), ən aşağı dinamika isə "Kapital Bank"da (1,2%) qeydə alınıb.
1 bankın - "Access Bank"ın qeyri-faiz zərəri 39,2% azalıb.
Eləcə də bax: Azərbaycanda hər 3 kreditdən biri - MƏHKƏMƏDƏ ARAŞDIRILIR
1 bank - "Bank VTB Azərbaycan" ötən il qeyri-faiz əməliyyatlarından zərər etdiyi, əvvəlki il isə gəlir əldə etdiyi, 1 bank - Pakistan Milli Bankının Bakı filalı isə əksinə, ötən il qeyri-faiz əməliyyatlarından gəlir əldə etdiyi, əvvəlki il isə zərər etdiyi üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 12 bankın isə qeyri-faiz gəlirləri azalıb. Ən çox azalma "Azərbaycan Beynəlxalq Bankı"nda (77,4%), ən az azalma isə "AFB Bank"da (1,7%) qeydə alınıb.