Azərbaycanda "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.
FED.az xəbər verir ki, dəyişiklik valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutur.
Eləcə də bax: Azərbaycanda hər 3 kreditdən biri - MƏHKƏMƏDƏ ARAŞDIRILIR
Xatırladaq ki, qanunun 13-2.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti, indiki halda ölkə prezidenti ilə razılaşdırmalı idi. Təklif olunan dəyişikliklə bu məsələ aradan qaldırılır.
Qeyd edək ki, “Valyuta tənzimi haqqında” qanuna 2017-ci il aprelin 25-də edilmiş dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növüdür. Bu işlə banklar və milli poçt operatoru ("Azərpoçt" MMC) ilə yanaşı, fiziki şəxslər də məşğul ola bilərlər.