Azərbaycanda kreditlərin sığortasına maraq artıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-dekabr ayları ərzində kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları 1 mln.860,1 min manat olub. Bu, yanvar-noyabr aylarındakı göstəricidən 1 mln. 770,7 min manat və ya 20,8 dəfə çoxdur.
Eləcə də bax: Builki tədiyyə balansı ilə bağlı proqnoz - AÇIQLANDI
Bir il əvvəl ilə müqayisə etsək, ölkədə kreditlərin sığortası üzrə daxilolmalar 20,7 min dəfə artıb.
Bu ilin yanvarın 1-nə olan məlumata əsasən, kreditlərin sığortası üzrə ödəniş aparılmayıb. Qeyd edək ki, 2017-ci ildə də kreditlərin sığortası üzrə ödənişlər olmayıb.