Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) “Babək” prospektindəki hadisə ilə bağlı açıqlama verib.
FED.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, bu, yol çökməsi deyil, qazıntıdır:
“Babək prospektində yol çökməyib. Prospektin köməkçi yolunda magistral su kəmərində qəza baş verib. Qəzanın nəticələrinin aradan qaldırılması üçün həmin hissədə “Azərsu” ASC tərəfindən qazıntı işlərinə başlanılıb”.
Eləcə də bax: Babək prospektində yenə yol çökdü - Maşın çuxura düşdü
A.Nəcəflinin sözlərinə görə, “Azərsu” ASC-nin təmir işləri bitdikdən sonra yolun həmin hissəsinin asfalt örtüyü bərpa ediləcək”.
Qeyd edək ki, hadisə prospektin “Yeni Günəşli” qəsəbəsindən üzü “Xalqlar Dostluğu” metrostansiyasına gedən hissəsində baş verib. Axşam saatlarında qazılmış hissəyə minik avtomobili düşüb. Hazırda ərazidə təmir-bərpa işləri aparılır.