Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa edəcəyi növbəti yaşayış kompleksinin tikintisi üçün elan etdiyi tenderin qaliblərini elan edib.
FED.az TENDER xəbər verir ki, MİDA tərəfindən tenderdə qalib gələn şirkətlərə 48 mln 161 min 449 manat dəyərində müqaviləsi imzalanıb.
Müqavilə 5 şirkətlə imzalanıb.
HN Construction MMC ilə 1920 şagird yerlik məktəb binasının tikintisi və avadanlıqlarla tam təchiz edilməsi işləri üçün 9 mln 281 min 713 manat dəyərində müqavilə imzalanıb.
Perlit MMC ilə 10 və 11 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 14 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisi işlərinin görülməsii üçün 7 mln 999 min 864 manat dəyərində müqavilə.
Chinar İnshaat MMC(Caspian Service MMC konsorsium) ilə 8 və 9 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 13 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisi işləri üçün 8 mln 002 min 533 mnatlıq müqavilə.
Hünər İnşaat Firması 7 nömrəli, 7 mərtəbəli binanın 4-cü və 5-ci seksiyalarının tikintisi işləri üçün 9 mln 222 min 201 manatlıq müqavilə.
NN Group MMC 7 nömrəli, 7 mərtəbəli binanın 1-ci, 2-ci və 3-cü seksiyalarının tikintisi işləri üçün 13 mln 655 min 137 manatlıq müqavilə.
Azərbaycanda 48 milyon manatlıq tikinti muqaviləsi - TENDER UDULDU
17:56
29 Yan 2019