Ötən il Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) sayı azalmaqda davam edib.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatlarına istinadən xəbər verir ki, Bank olmayan kredit təşkilatlarının sayı 2018-ci ilin sonunda 104 təşkil edib. 2017-ci ilin sonunda bu say 123 idi.
Ö cümlədən, kredit İttifaqlarının sayı 76-dan 57-yə düşüb.
Özəl BOKT-ların sayı 122-dən 103-ə geriləyib. Dövlət BOKT-ların sayı dəyişməyib: 1.
2018-ci il ərzində lisenziya alan BOKT-ların sayı 1, lisenziyası ləğv edilmiş BOKT-ların sayı 20 olub.
2017-ci ildə lisenziya alan BOKT-ların sayı 1, lisenziyası ləğv edilmiş BOKT-ların sayı 22 olmuşdu (Marja).