“Azəriqaz”da tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi ilə bağlı yığıncaq keçirilib
Bu gün “Azəriqaz” İstehsalat Birliyində biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində bəzi tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi ilə bağlı yığıncaq keçirilib.
ELƏCƏ DƏ BAX: "Azərbaycan" 3 ilə tamamilə yenidən qurulacaq
“Azəriqaz” İB-dən FED.az-a verilən məlumata görə, “Azəriqaz” İB baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Prezident İlham Əliyevin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” haqqında iştirakçılara məlumat verib.
Bu qaydaların əsas məqsədi tikinti niyyətinin həyata keçirilməsi ilə əlaqədar tikinti obyektinin sifarişçisi olan hüquqi və fiziki şəxslərin və aidiyyəti qurumların yerinə yetirməli olduqları ayrı-ayrı prosedurların xüsusiyyətlərini və müddətlərini təkmilləşdirmək və tikinti fəaliyyəti sahəsində daha əlverişli mühit yaratmaq, habelə səmərəli idarəçiliyin təşkilini təmin etməkdir. Birliyin Risklərin idarə olunması şöbəsinin rəisi Mikayıl Cəbrayılov “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”na müvafiq hazırlanmış təqdimatı iştirakçıların diqqətinə çatdırdıqdan sonra yığıncaqda bu “Qayda”nın 3.7-ci bəndində göstərilən tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin verilməsinə dair tələblərin yerinə yetirilməsi məqsədilə “Azəriqaz” İB-də işçi komissiyanın yaradılması qərara alınıb. Həmçinin qazlaşdırma istiqamətində lazım olan sənədlərin göstərilən vaxta yerinə yetirilməsi vacibliyi bir daha vurğulanıb.
Tikinti obyektlərinin qaz problemi həll olunacaq -YENİLİK
19:07
25 Yan 2019