“Naxçıvanbank” 2018-ci il üçün maliyyə göstəricilərini açıqlayıb.
FED.az bankın “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, bankın hesabat dövründə faiz gəlirləri 6 mln 960 min manat, faiz xərcləri isə 433 min manat olub. Xalis faiz gəlirləri 2018-ci il üçün ötən ilə nisbətən 28,39% artaraq 6 mln 526 min manat təşkil edib.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 4 mln 23 min manat, qeyri-faiz xərcləri 3 mln 589 min manat olub.Əməliyyat mənfəəti 6 mln 961 min manat olub.
Bank 2018-ci ili 5 mln 429 min manat mənfəəətlə başa vurub. Xatırladaq ki, bank 2017-ci ili 3 mln 447 min manat mənfəətlə başa vurmuşdu. 1 ildə bank mənfəətini 1,6 dəfə artırıb.
FED.az bankın “Balans” hesabatına istinadən bildirir ki, bankın 2018-ci ildə cəmi aktivləri ötən ilə nəzərən 46,06% artaraq 196 mln 541 min manat, cəmi kapital da 8,97% artaraq 78 mln 184 min manata çatıb.
Bankın kredit portfeli 1 ildə 5,52% artaraq 64 mln 855 min manat təşkil edib.
Bankın "Mənfəət və Zərər" hesabatı
Bankın "Balans" hesabatı