2017-ci illə müqayisədə 2018-ci ildə əhalinin gəlirləri nominal ifadədə 9,2 faiz artaraq 53 milyard 688,6 milyon manata çatıb.
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-noyabr aylarında muzdla işləyənlərinorta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 540,1 manat təşkil edib.
Eləcə də bax: Dövlət qulluqçularının əməkhaqqından vergi – BELƏ TUTULACAQ
2018-ci ildə 2017-ci illə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 2,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz artıb.