“NBC Bank” 2018-ci il üçün kredit portfelini açıqlayıb.
FED.az bankınn maliyyə göstəricilərinə əsasən xəbər verir ki,bankın 2018-ci ildə kredit portfeli 212,2 mln manat, problemli kreditlərinin məbləği isə 11,2 mln manat olub.Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 5,26% təşkil edib. 2017-ci ildə bankın kredit portfeli 163,6 mln manat, problemli kreditlərinin məbləği 12 mln manat olub. Problemli kreditlərin kredit portfelində xüsusi çəkisi 7,36% olmuşdu.
Başqa sözlə bankın 2018-ci ildə kredit portfeli ötən ilə nəzərən 29,73% artıb, problemli kreditlər isə 7,30% azalıb.
Eləcə də bax: Mənfəəti 60% azalsa da, böyüyüb – BANK HESABATI
Problemli kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsü:
Ən çox kredit – 113,9 mln manat məbləğində istehlak kreditləri sahəsinə verilib. Bu sahədə vaxtı keçmiş kreditlərin məbləği isə 6,9 mln manatdır. Başqa sözlə, istehlak kreditləri sahəsində problemli kreditlər 6,1% təşkli edir.
Ictimai taskilat, Mərkəzi və bələdiyyə idarəetmə orqanları sahəsində kredit portfeli 39 min manat, vaxtı keçmiş kreditlərin məbləği 7 min manatdır. Bu sahədə problemli kreditlərin payı 17,9%-dir.
Bank sistemi və maliyyə sahəsində 15,9 milyon manat kredit verilib. Bu sahədə problemli kredit yoxdur.
Ticarət və xidmət sahəsində 65,28 milyon manat kredit verilib. Bu sahədə keçmiş kreditlərin məbləği 3,5 mln manat və ya 5,42%dir.
Iqtisadiyyatın digər sahələrinə (sənaye,kənd təsərrütfatı vəs) 17,04 milyon manat kredit verilib, vaxtı keçmiş kreditlərin məbləği 686 min manat. Başqa sözlə bu sahədə problemli kredit portfeli 4%-dir.