Azərbaycanın aparıcı qida istehsalçılarından olan «Siyəzən Broyler» ASC banklar qarşısındakı öhdəliklərini və kredit portfelini qaydaya salmağa başlayıb. FED.az xəbər verir ki, şirkət «Bank Avrasiya» və «Xalq Bank»a olan kreditlərini bağlamaq üçün «Xalq Bank»dan yeni kredit götürməyi qərara alıb.
Götürülən kreitin məbləği açıqlanmır, amma vəsait həm iki bank qarşısında əvvəlki borcları bağlamağa, həm də dövriyyə vəsaitlərini artırmağa istifadə ediləcək.
«Siyəzən Broyler»lə «Xalq Bank» arasında kredit və kredit xətti müqaviləsi 2018-ci ilin lap axırında – dekabrın 26-da və 28-də bağlanıb.
Eləcə də bax: Bir qəpik də xərcləmədən iş qurmağı bacaran şəriklər - BİZNES
«Siyəzən Broyler» ASC bu kreditlərin təminatı kimi, böyük həcmdə topraq və əmlakı girov saxlayır. FED.az-ın məlumatına görə, «Siyəzən Broyler» ASC-nin mülkiyyətində olan Siyəzən rayonu, Beşdam kəndində yerləşən 279 hektar torpaq sahəsinin 28 ədəd çıxarışı və Siyəzən rayonunda yerləşən, ümumi sahəsi 251 min kvadrat metrlik əmlak kompleksi kimi müəssisə ipotekaya qoyulacaq.