18 yanvar 2019 20:03

Vergilər Nazirliyində bu işi görən qurum ləğv ediləcək- İXTİSARLAR OLACAQ

Vergilər Nazirliyində ixtisarlar olacaq.
 
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında əksini tapıb.
 
ELƏCƏ DƏ BAX: AQTA bu xidmətləri həyata keçirməyəcək – SİYAHI
 
Fərmana əsasən kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
 
Nazirlər Kabineti Vergilər Nazirliyinin həmin xidmətlərini bilavasitə icra edən bölmələrinin ştat vahidlərinin ümumi say həddi daxilində nazirliyin işçilərinin ümumi say həddinin azaldılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz