Türkiyədə 15 yaşdan yuxarı işsiz sayı 2018-ci ilin oktyabr ayında ötən ilin eyni dövrünə nəzərən 501 min nəfər artaraq 3 mln 788 min nəfər olub. FED.az xəbər verir ki, başqa sözlə işsizlik səviyyəsi 1,3 pillə artaraq 11,6%-ə çatıb.
Gözləntilər isə 11,4% idi. Bu göstərici 2017-ci ilin mart ayından bəri ən yüksək göstərici olaraq qeyd edildi.
Eləcə də bax: Azərbaycanlı Qadınlar Türkiyədə: Dayə, Baxıcı, Xadimə
Eyni dövrdə: Qeyri-kənd təsərrüfatında işsizlik səviyyəsi 1,3 pilləlik artımla 13,6% səviyyəsində təxmin edildi Gənc əhalidə işsizlik səviyyəsi 3 pillə artaraq 22,3% olarkən, 15-64 yaş qrupunda isə bu nisbət 1,4 bal artaraq, 11,9% olub.
Məşğulluq nisbəti 47,5% olub
2018-ci ilin oktybar ayında işləyənlərin sayı ötən illə müqayisə də 225 min nəfər artaraq 28 mln 70 min nəfərə çatıb, məşğulluq nisbəti isə 0,1% azalaraq 47,5% təşkil edib.
Bu dövrdə kənd təsərrüfatı sektorunda işləyənlərin sayı187 min nəfər azalarkən, qeyri-kənd təsərrüfatı sektorunda işləyənlərin sayı isə 414 min nəfər artıb. Məşğul əhalinin 18,5% -i kənd təsərrüfatı, 19,7% -i sənaye, 6,7%-i inşaatda , 55%-i isə xidmət sektorundadır.