Dövlət Neft Fondu «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» layihələri üzrə gəlirləri açıqlayıb. Fonddan FED.az-a verilən məlumata görə, 01 yanvar 2019-cu il tarixinə AÇG yatağı («Əsrin müqaviləsi») üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən): 138 milyard 206 milyon ABŞ dolları olub.
Təkcə 2018-ci ildə Azərbaycan «Əsrin müqaviləsi»ndən 9 milyard 720 mln. Dollar əldə edib.
O cümlədən, 2018-ci ildə Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 245 mln. ABŞ dolları olub.
Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən): 2 milyard 506 mln. ABŞ dolları olub.
Eləcə də bax: SOCAR-dan Vergilər Nazirliyinin yoxlamaları ilə bağlı - AÇIQLAMA