Bakı Nəqliyyat Agentliyi (BNA) qurumun tabeliyində olan parkinqlərdə tariflərin artması ilə bağlı xəbərləri təkzib edib.
 
Qurumun nümayəndəsi Mais Ağayev FED.az-a bildirib ki, qiymətlər artırılmayıb.
 
ELƏCƏ DƏ BAX: Bakıda sürücülərə parkinq şoku - Qiymətlər 2 dəfə qaldırıldı
 
Onun sözlərinə görə, hazırda əsas diqqət Füzuli və Mirzəğa Əliyev küçələri, arasında eyni zamanda Neftçilər prospekti-Hökümət evinin qarşısında yerləşən yeraltı avtomobil qarajlarında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib: “Bu istiqamətdə ciddi iş aparılmaqdadır. Bu işlər yekunlaşdıqdan sonra qiymət siyasətinə də baxılacaq. Tariflərlə bağlı yeni bir qərar olacağı halda təbii olaraq ictimaiyyətə əvvəlcədən məlumat veriləcək”.
Parkinqlərin qiymətilə bağlı – AGENTLİKDƏN AÇIQLAMA
                            
                            
                        
                            21:16
                            8 Yan 2019
                        
                        



            
                
                
                
                
                
                
                
                
                
                
                
                







