Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin yanvar-noyabr ayları üçün bank əmanətləri üzrə orta fazi dərəcəsi göstəricilərini açıqlayıb.
FED.az AMB-ə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-noyabr aylarında manatla olan əmanətlərin orta faiz dərəcəsi 9,19%, xarici valyutada olan əmanətlərin orta faiz dərəcəsi isə 2,43% olub.
Eləcə də bax: Xarici investorlar Azərbaycanın cəmi 4 bölgəsinə - PUL YATIRIBLAR
Bu dövrdə fiziki şəxslərin əmanətləri üzrə faizlər manatda 10%, xarici valyutada 2,97% təşkil edib.
Hüquqi şəxslərin manatla depozitlərinin gəlirliyi isə 4,21%, xarici valyutada depozitlərinin gəlirliyi 1,25% təşkil edib.
Xatırladaq ki, 2018-ci ilin əvvəlində manatla olan əmanətlərin orta faiz dərəcəsi 10,72%, xarici valyutada olan əmanətlərin orta faiz dərəcəsi isə 3% olmuşdu.
Başqa sözlə, ilin əvvəlinə nisbətən manatla əmanətlər üzrə orta faiz dərəcəsi 1,53%, xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi isə 0,57% azalıb.
İlin əvvəlində hüquqi şəxlərin manatla depozitləri üzrə orta faiz dərəcəsi 5,82%, xarici valyutadakı depozitləri isə isə 1,41% təşkil etmişdi.
Fiziki şəxslərin əmanətləri isə ilin əvvəlində manatla 11,59%, xarici valyutada isə 3,66% gəlir gətirirdi.