Azərbaycanda maksimum kütlə tələbini aşan yük maşınları avtomobil yollarına zərəri ödəməli olacaqlar.
FED.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
ELƏCƏ DƏ BAX: Gəncə sürət qatarına maraq aşağı olub - CƏMİ 309 NƏFƏR
Sənədə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2019-2020–ci illərdə Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə hərəkət zamanı icazə verilən maksimum kütlə və qabarit tələblərinə əməl etməməklə iri qabaritli və ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları zərərin hesablanması qaydalarının müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması məqsədilə tədbirlər görülməsi mexanizminin təkmilləşdirilməsini təmin etməlidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu müddətdə Daxili İşlər Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət rejiminə və marşrutlarına yenidən baxılması, bu sahədə müəyyən olunmuş məhdudiyyətlərə əməl edilməsinə nəzarətin gücləndirilməsinə də nail olmalıdır.
Yollara vurduqları ziyan barədə – TAPŞIRIQ
19:48
4 Yan 2019