Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin yanvar-noyabr ayları üçün banklarda olan müştəri hesabları haqqında məlumatları açıqlayıb.
FED.az AMB-ə istinadən xəbər verir ki, 2018-ci ilin 11 ayında banklarda olan müştəri hesablarının sayı 17 mln 776 min 280 ədəd olub. Bunların da 14 mln 819 min 225 ədədi və ya 83,37%-i cari hesabların payına düşür. Cari hesablar sözügedən dövrdə 2018-ci ilin əvvəlinə nisbətən 11,45% artıb və bu gündə artmaqda davam edir.
Eləcə də bax: Bankda girovu olanların işi çətinləşdi – QANUN DƏYİŞİR
Cari hesablara geniş nəzər salsaq görərik ki,burada fiziki şəxslər tərəfindən açılmış cari hesabların sayı 2018-ci ilin yanvar-noyabr aylarında ilin əvvəlinə nəzərən 11,26% artaraq 14 mln 604 min 588 ədədə çatıb. Fiziki şəxslərdən sahibkarlıqla məşğul olanlar tərəfindən açılmış hesabların sayı isə 295 min 521 ədəd və ya fziki şəxlər tərəfindən açılmış ümumi sayda payı 2,02%-dir.
Hüquqi şəxlər tərəfindən 2018-ci ilin yanvar-noyabr aylarında açılmış hesabların sayı ilin əvvəlinə nisbətən 26,74% artaraq 214 min 637 ədədə çatıb.
Azərbaycanda şirkətlər bank hesablarını artırıblar - RƏQƏMLƏR
16:08
4 Yan 2019