Nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin siyahısı hazırlanacaq.
 
FED.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
 
ELƏCƏ DƏ BAX: Tbilisi-Batumi ikimərtəbəli qatarında - KİTABXANA AÇILIB
 
Sənədə əsasən, Səhiyyə Nazirliyi 2019-2023-cü illərdə nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısını təsdiq etməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Nəqliyyat Agentliyi digər icraçı qurumlar qismində müəyyənləşib.
Bu siyahıya düşənlər sürücü olmayacaq - TAPŞIRIQ
                            
                            
                        
                            20:14
                            2 Yan 2019
                        
                        



            
                
                
                
                
                
                
                
                
                
                
                
                







