Azərbaycanda mal-qaranın sayı azalmaqda, ancaq ət istehsalı artmaqda davam edir.
FED.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatda əksini tapıb.
ELƏCƏ DƏ BAX: Azərbaycana xaricdən gətirilən ətin kilosu - CƏMİ 2,5 MANATDIR
Beləliklə 2018-ci il noyabrın 1-nə ölkədə 1 milyon 291 min baş inək olub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 min 700 baş, yəni 6 faiz azdır. 2018-ci ilə noyabrın 1-nə ölkədə 8 milyon 549,4 min baş qoyun və keçi olub ki, bu da 2017-ci ilin anoloji dövrü ilə müqayisədə 117 min 900 baş, yəni 4 faiz azdır.
Ancaq qəribədir ki, ət istehsalı (diri çəkidə) artmaqda davam edir 2018-ci il dekabrın 1-nə 463,6 min ton ət istehsal edilib ki, bu da 2017-ci ilin ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Sayı azalır, əti artır... – RƏQƏMLƏR
19:03
2 Yan 2019