Azərbaycanda yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayına dair məcburi kvota müəyyənləşdiriləcək.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
ELƏCƏ DƏ BAX: 3000-ə qədər mənzilin olacağı – ŞƏHƏRCİK TİKİLİR
Sənədə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə 2019- 2023-cü illərdə yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotasının müəyyənləşdirilməsi, kvotaya uyğun olmayan obyektlərin tikintisinin və yenidən qurulmasının qadağan edilməsini təmin etməlidir.
Eyni zamanda bu müddət ərzində yeraltı və yerüstü çoxmərtəbəli parklanma yerlərinin tikintisi barədə təkliflər verilməsi və onların tikintisinə sahibkarların cəlb edilməsi təmin olunmalıdır.
Bina və obyekt tikintisinə – YENİ TƏLƏB
19:59
28 Dek 2018