Dünya birjalarında neftin qiyməti artıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,04 dollar və ya 2,33% artaraq 45,65 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,93 dollar və ya 1,78% artaraq 53,09 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.