Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Ölkənin xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin daha da liberallaşdırılması və genişləndirilməsi, bu sahədə bazar iqtisadiyyatı tələblərinə cavab verən müasir qaydaların müəyyən edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları təsdiq olunsun.
2. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 1996-cı il tarixli 520 nömrəli Fərmanı il təsdiq olunmuş «Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi Qaydaları» qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 24 iyun 1997-ci il
№ 609
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuşdur. |
Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
Qaydaları`1`
Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər (bundan sonra - şəxslər) tərəfindən idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra - Gömrük Məcəlləsi), “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla, o cümlədən bu Qaydalarlatənzimlənir.`2`
I. İxrac əməliyyatları
1. Respublikada istehsal, emal, təkrar emal olunan malların ixracı
1.1. Azərbaycan Respublikasında istehsal, emal, təkrar emal olunan malların ixracında şəxslər sərbəstdirlər, Gömrük Məcəlləsində və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla onların fəaliyyətinə məhdudiyyət qoyula bilməz. `4`
1.2. İxrac olunan mallar gömrük orqanlarına bəyan edilməlidir.`5`
II. İdxal əməliyyatları
6. şəxslərin öz vəsaitləri hesabına idxal
6.1. İdxal olunan mallar gömrük orqanlarına bəyan edilməlidir.`12`
6.2. şəxslərin idxal etdikləri malların gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə nəzarət Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq gömrük orqanları tərəfindən həyata keçirilir. `13`
III. Digər ixrac-idxal əməliyyatları
7. Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan ixrac-idxal əməliyyatları `14`
7.1. Bu Qaydaların 1 saylı Əlavəsində göstərilən malların idxalı və ixracı müstəsna olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları əsasında həyata keçirilir. Həmin malların kreditə, konsiqnasiya yolu ilə, həmçinin sərhədyanı ticarət çərçivəsində ixracına yol verilmir.
8. Müvafiq dövlət orqanlarından rəy
8.1. Bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən malların (xidmətlərin və əqli mülkiyyətin) ixracı və idxalı həmin əlavədə göstərilən müvafiq dövlət orqanlarının rəyi alınmaqla həyata keçirilir.`16`
8.2. Yuxarıdakı bənddə göstərilən malların kreditə konsiqnasiya yolu ilə, həmçinin sərhədyanı ticarət çərçivəsində ixracına yol verilmir.
11. Sərhədyanı ticarətlər
11.1 Sərhədyanı ticarət, müstəsna olaraq müvafiq sərhədyanı ərazi çərçivəsində istehsal olunan, eləcə də müvafiq sərhədyanı ərazi çərçivəsində istehlakı nəzərdə tutulan mallara münasibətdə yerli ehtiyacların ödənilməsi üçün Azərbaycan Respublikasının sərhədyanı ərazisində daimi yaşayış yeri olan bütün şəxslər tərəfindən Azərbaycan Respublikasının həmhüdud dövlətlərlə beynəlxalq müqavilələrində müəyyən olunmuş müvafiq sərhədyanı ərazidə xarici şəxslərlə həyata keçirilə bilər.
11.2. Sərhədyanı ərazilər və sərhədyanı ticarət qaydaları İqtisadiyyat
IV. Dövlətlərarası Sazişlərə əsasən ticarət əməliyyatları
Dövlətlərarası Sazişlərlə nəzərdə tutulmuş ixrac-idxal əməliyyatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları ilə gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir.
V. Xarici ticarətdə hesablaşma qaydaları
12. İxracda hesablaşmalar
12.1. Hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. `21`
12.2. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.
12.3. İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir. `22`
12.4. Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Palata tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Palataya ötürürlər.
12.5. Palata müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir.
12.6. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Palata idxal-ixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər.
13. İdxalda hesablaşmalar
13.1. Bütün şəxslər tərəfindən xarici ölkələrdən mal alınmasına və xidmət göstərilməsi ilə bağlı olan hesablaşmalar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır. Hesablaşmalara nəzarət müvəkkil banklar tərəfindən həyata keçirilir .
VI. Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi
14.1. Malların gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet saytlarında yerləşdirilir.`23`
14.8. şəxslər təqdim etdikləri sənədlərin və həmin sənədlərdə olan məlumatların həqiqiliyinə cavabdehdirlər.
14.9. Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə, İqtisadiyyat
VII. Qaydaların müdddəalarının pozulmasına görə məsuliyyət`35`
15.1. şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.
15.2. Xarici ticarət əməliyyatları üzrə malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasına və gətirilməsinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, bu əməliyyatların hesablaşmalar hissəsinə isə Palata və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzarət edirlər.`36`
Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 1 nömrəli Əlavəsi |
İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan malların Siyahısı`37`
Malların adı | XİF ƏN kodu |
Silah və hərbi texnika, onların istehsalı üçün zəruri olan ehtiyat hissələri | 8710, 8802 (8802 11 100, 8802 12 100, 8802 20 100, 8802 30 100, 8802 40 100 istisna olaraq); 8803 (8803 10 100, 8803 20 100, 8803 30 100, 8803 90 910 istisna olaraq); 8906 00 100, 9301, 9302, 9305 (ancaq döyüş silahlarına aiddir); 9306 (9306 10 000, 9306 29 100, 9306 30 910, 9306 30 930 istisna olaraq); 9013, 9013 10 100, 9013 20 000, 9013 80 000, 9014 (ancaq hərbi təyinatlı olanlara); 8526 (ancaq hərbi təyinatlı olanlara) |
Barıt, partlayıcı maddələr, partlayış və pirotexnika vasitələri | 3601 (ovçuluq barıtı istisna olmaqla); 3602 — 3604 |
Nüvə materialları, texnologiyaları, avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları, radioaktiv şüalanma mənbələri, radioaktiv tullantılar da daxil olmaqla | |
Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr, habelə kimyəvi zəhərlər | |
Silahlanma və hərbi texnikanın yaradılması üçün istifadə olunan elmi-texniki məlumatın və texnologiyaların, material və avadanlıqların ayrı-ayrı növləri | |
Qan, qan komponentləri və onlardan hazırlanan preparatlar | |
Emal edilməmiş almazın ixracı |
Qeyd: «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları»nın 1 nömrəli əlavəsinin siyahısı yivli və yivsiz idman, ov silahlarının və ya hədəfə atəş açmaq üçün digər silahların, kombinasiya edilmiş yivli və yivsiz silahların, onların hissə və ləvazimatlarının, patronlarının, pnevmatik silahlar üçün gülləciklərin (3601 (yalnız ov üçün nəzərdə tutulan barıt), 9305 (döyüş sursatı istisna olmaqla, yalnız ov və idman üçün nəzərdə tutulan mallar); 9306 21 000 0; 9306 29 400 0; 9306 29 700 0) idxalına və ixracına şamil edilmir və göstərilən malların (əşyaların) idxalı və ixracı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli fərmanı ilə təsdiq edilmiş «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qaydaları»na uyğun olaraq tənzimlənir.
Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 2 nömrəli Əlavəsi |
İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı
Malların adı | Malın XİF ƏN kodu | Rəyi tələb olunan dövlət orqanları |
İxrac`38` | ||
Çöl heyvanları, yabanı bitkilər və qazıntılarda tapılmış heyvan sümükləri | Ekologiya və Təbii Sərvətlər Nazirliyi | |
Vəhşi heyvanlardan və yabanı bitkilərdən dərman istehsalı üçün xammal; ilan, böyə və əqrəb zəhərləri | Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi | |
Azərbaycan Respublikası ərazisində quruda və dəniz iqtisadi zonası hüdudlarında yerləşən istilik enerji və mineral xammal yataqları haqqında və rayonlar üzrə məlumat | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, |
|
İxtiralar, «Nou Hau» və elmi tədqiqat işlərinin nəticələri (ixrac nəzarətinə düşənlər istisna olmaqla) | Azərbaycan Respublikası Elmlər Akademiyası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi `40` | |
İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq mallar | 9701 — 9706 | Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi |
Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | |
Sərgi, qastrol səfərləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirləri və bərpa işləri ilə əlaqədar, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər | Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi`41` | |
İdxal`42` | ||
Bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələr | 3803 | Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi |
Baytarlıq təbabətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları | Dövlət Baytarlıq Komitəsi | |
Dərman vasitələri, o cümlədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr və tibbi ləvazimatlar | 30 qrup 9018 — 9022 |
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi |
Azərbaycan Respublikası ərazisində xidmətlərin göstərilməsi: | ||
inşaat fəaliyyəti (mühəndis-axtarış, layihə, tikinti-quraşdırma və buraxılış-sazlama işləri) | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi`43` | |
yük və sərnişin daşınması, nəqliyyat ekspeditor xidmətləri | “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi`44` | |
rabitə xidmətləri (beynəlxalq, şəhərlərarası, şəhər, kənd, sellülar, reysinq, radiotrank, kabel televiziyasının qurulması və istismarı, sürətli poçt xidmətlərinin göstərilməsi) | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi`45` | |
vəkillik və digər hüquqi xidmətlər | Ədliyyə Nazirliyi | |