Azərbaycana qanunsuz yolla külli miqdarda pul gətirmək istəyən Tacikistan vətəndaşı saxlanılıb.
FED.az-ın məlumatına görə, bu barədə Şimali Qafqaz sərhəd idarəsinin mətbuat xidməti məlumat yayıb.
ELƏCƏ DƏ BAX: Tanınmış müğənniyə – HÖKM OXUNDU
Həmin şəxs Mineralnıye Vodı aeroportunda saxlanılıb.
Bildirilib ki, o, Bakıya uçmalı olan təyyarəyə minmək üçün gömrük yoxlamasından keçən zaman özünü şübhəli aparıb.
Üzərinə baxış zaman tacikdən avro, ABŞ dolları, rubl, gürcü larisi, İran realı, Qazaxıstan tenqesi və Azərbaycan manatı aşkarlanıb. Aşkarlanan vəsaitin ümumi məbləği 4 milyon rubl (51 min dollar – red.) olub.
Rusiya gömrük qanunvericiliyinə uyğun olaraq, ekvivalenti 10 min dolları keçən valyuta bəyannamədə qeyd edilməlidir.
Qanun pozucusunun sözlərinə görə, o, gömrük qanunvericiliyini pis bilib və buna görə xəbərsiz olub.
Həmin şəxsə qarşı cinayət işi başlanılıb. Onu cərimə və dörd ilədək həbs cəzası gözləyir.
Bakıya valyuta gətirən şəxs – SAXLANDI
19:33
26 Dek 2018