Azərbaycanda Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən gələn ildən ilk dəfə tətbiq ediləcək məcburi nişanlanma işləri üzrə hazırlıq gedir. FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirinin müavini Sahib Ələkbərov məlumat verib. Onun sözlərinə görə, hazırda məcuri nişanlanması olan malların siyahısı hazırlanır.
Eləcə də bax: "Karyer"lərə kosmosdan nəzarət edilir - VERGİLƏR NAZİRLİYİ
S.Ələkbərov bildirib ki, bu siyahının müəyyən edilməsi Vergilər Nazirliyinin səlahiyyətində deyil (məcəlləyə dəyişikliklərin təsdiqlənməsi haqqında fərmana görə, siyahını NK hazırlayıb təsdiqləyəcək). Bununla yanaşı, VN-nin də bununla təklifləri var. Nazir müavini bildirib ki, belə mallardan biri dərmanlar ola bilər: «Hazırda bu sahə ilə, dərmanların keyfiyyəti ilə bağlı çoxsaylı şikayətlər var, kifayət qədər böyük gəlirli də sahədir».
Eləcə də bax: “Sahibkarın vəziyyəti pisləşməyəcək”