Ədliyyə orqanlarının göstərdiyi xidmətlərə görə vahid ödəniş portalının yaradılacaq.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 18 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
ELƏCƏ DƏ BAX: Ölkədən çıxışına qadağa qoyulanlara - DAHA BİR ŞANS
Ədliyyə Nazirliyi 2019-2022-ci illərdə ədliyyə orqanlarının göstərdiyi xidmətlərə görə vahid ödəniş portalının yaradılması, bu ödənişlərin müxtəlif ödəmə köşkləri və pos-terminallar vasitəsilə həyata keçirilməsi, o cümlədən icra və probasiya qurumlarında plastik kartlarla və ya nağd pulla borc ödənişini həyata keçirən cihazların quraşdırılması sahəsində tədbirlər görülməsi tapşırılıb.