FED.az-ın apardığı araşdırmaya görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 24-də “Mobil Bank” xidməti var, digər 6 bankda ( “Günay Bank”, “Azərbaycan Sənaye Bankı”, “Ziraat Bank”, “Naxçıvan Bank”, “Bank Melli İran” və “Pakistan Milli Bank”) bu xidmət yoxdur.
Eləcə də bax: Azərbaycanda 6 bankın mobil tətbiqi yoxdur – SİYAHI
Bankların bir çoxu standart xidmətlər təklif edilir.
Banklardakı standart tətbiqlər bunlardır:
- Kart hesabından çıxarış
- Kartın balansı haqqında məlumat
- Kartdan karta pul köçürmə
- Kartdan cari hesaba pul köçürmə
- SMS-xəbərdarlıq xidmətinə qoşulma/ləğv
- Kartın daimi bloklaşdırılması
- Kartın müvəqqəti bloklaşdırılması/açılması
- Online ödənişlər
- Hesabdan çıxarış
- Əmanətlər haqqında məlumat
- Kreditlər haqqında məlumat
- Bütün məlumatlar şifrələnir ;
- Xüsusi kitabxanalar ötürülən məlumatın təhlükəsizliyinə zəmanət verilir
- Digər xidmətlər
- Valyuta məzənnələri
- Xidmət şəbəkəsi (filial, şöbə, bankomat)
“AccessBank”ın “myAccess” mobil bank xidməti hesab vasitəsilə bankdaxili köçürmə və mübadilə, hesab vasitəsilə ölkə xaricinə köçürmələr və hesab vasitəsilə ölkədaxili köçürmələr də həyata keçirilir. Əlavə imkanlar kimi - Google Authenticator vasitəsilə və Asan İmza vasitəsilə sistemə giriş, əlavə olaraq 3D Secure xidmətinə qoşulma xidmətlərini təklif edir.
“Unibank”ın Unibankın mobil tətbiqi “Markswebb” agentliyinin araşdırmasına əsasən Unibank Mobile Azərbaycanda ən yaxşı mobil bank əlavəsi hesab olunub. “Unibank Mobile” tətbiqi vastəsilə əməliyyat etdikcə bonuslar qazanmaq və onları hədiyyəyə çevirmək imkanı olur.
“Bank Respublika”nın “Mobil Şöbə” bu tətbiq vastəsilə digər və bir çox bankda olmayan avtomatik ödəniş və köçürmə sistemi mövcuddur. “Avtoödəniş” xidməti vasitəsilə şablonları tələb olunan formada tərtib etdikdən sonra, istifadəçi hər dəfə eyni ödəniş tapşırığını doldurmaq zərurətindən özünü birdəfəlik azad edir. “Mobil Şöbə”də olan Mobil Vizit xidməti vasitəsilə bankda görüş vaxtını əvvəlcədən təyin etmək olur.
“AtaBank”ın “AtaNet” mobil tətbiqi vastəsinə qoşulmaq üçün banka müraciət etməyə və SİM kartı dəyişməyə ehtiyac yoxdu. İstənilən mobil operator nomrəsi ilə “AtaNet” mobil tətbiqinə qoşulmaq olar. Bu mobil tətbiq vastəsilə kartın bloklaşdırılması , kart hesabı üzrə çıxarışın alınması və kartın balansı haqqında məlumatın alınması mümkündür.
“Beynəlxalq Bank” - “İBAM” mobil tətbiqi pulsuzdur. Beynəlxalq Bankın təklif etdiyi mobil tətniqə, kart hesabından çıxarış, kartın balansı haqqında məlumat, ,kartdan karta pul köçürmə, kartdan cari hesaba pul köçürmə, SMS-xəbərdarlıq xidmətinə qoşulma/ləğv, kartın daimi bloklaşdırılması, kartın müvəqqəti bloklaşdırılması/açılması, online ödənişlər, hesabdan çıxarış, əmanətlər haqqında məlumat, kreditlər haqqında məlumat, bütün məlumatlar şifrələnir, Xüsusi kitabxanalar ötürülən məlumatın təhlükəsizliyinə zəmanət verilir
“AG Bank”ın “AGBank Mobile” tətbiqi vastəsilə online bank programının DEMO versiyasının baxış da mümkündür.
“Xalq Bank”da da “Mobil Bank” xidəməti tətbiq edilib. Bu xidmətdən internetə çıxışı olan istənilən mobil telefon sahibləri istifadə edə bilər.
“Expressbank”da “Express24” mobil tətbiqi yalnız korporativ müştərilər üçün nəzərdə tutulub.
Bank VTB-in “Mobil Bank” xidməti vastəsilə VTB (Azərbaycan) və onun tərəfdaş banklarının filial və bankomatları barədə məlumatın almaq olar.
“Turanbank”ın “Mobil Bank” xidməti vastəsilə casb by code və card to card əməliyyatlarını etmək mümkündür.
“Amrah Bank”ın “Mobil Bank” tətbiqində məlumatlar mobil əlavədə saxlanılmır. Hostda yoxlanılır. Bu tətbiq vastəsilə həmçinin kommunal xidmətlərin ödənişi, mobil operator xidmətlərinin ödənişi və digər əməliyyatlar mümkündür.
“Kapital Bank”ın “Bir Bank” tətbiqi mövcuddur.
“Paşa Bank”ın da “Pasha Mobile Bank”ın fərdi müştərilər üçün olan tətbiqi mövcuddur.
Banklar | Mobil tətbiqin adı | Play storedə son yenilənmə tarixi |
AccessBank | myAccess Android İOS |
5.12.2018 |
AG Bank | AGBank Mobile Android |
30.08.2018 |
Amrah Bank | MobilBank Android İOS |
23 ekim 2017 |
Ata Bank | AtaNet Android İOS |
12.11.2018 |
AFB Bank | MobilBank Android İOS |
24.10.2017 |
Azər Türk Bank | Mobil Bank- Android İOS |
15.05.2018 |
Beynəlxalq Bank | İBAM Android İOS |
19.11.2018 |
Bank Avrasiya | MobilBank Android İOS |
23 ekim 2017 |
Bank of Baku | Dost Bank Android İOS |
23.04.2018 |
Bank Respublika | Mobil Şöbə Android İOS |
19.11.2018 |
Bank VTB | VTB mobile Android İOS |
26.02.2018 |
Bank BTB |
MobilBank Android İOS |
30.10.2017 |
Express Bank | Express24 Android İOS |
18.08.2017 |
Kapital Bank | Bir Bank Android İOS |
28.11.2018 |
Muğan Bank | Mobil Bank Android İOS |
2.11.2017 |
NBC Bank | Mobil Bank Android İOS |
3.11.2017 |
Nikoil Bank | Mobil Bank Android İOS |
3.11.2017 |
Paşa Bank | Mobile Bank Android İOS |
12.05.2018 |
Rabitə Bank | Mobil Bankçılıq Android İOS |
7.11.2017 |
Unibank | Unibank Mobile Android İOS |
29.11.2018 |
Yapıkredi Bank (AZ) | Mobil Bank Android İOS |
26.08.2018 |
Turan Bank | Mobil Bank Android İOS |
7.11.2017 |
Xalq Bank | Mobil Bank Android İOS |
7.11.2017 |
Premium Bank | Mobil Bank Android İOS |
7.11.2017 |
Bank Melli İran | - | |
Pakistan Milli Bank | - | |
Günay Bank | - | |
Azərbaycan Sənaye Bankı | - | |
Naxçıvan Bank | - | |
Ziraat Bank (AZ) | - |