Azərbaycanda neft gəlirlərinin gələcək nəsillər üçün yığılıb toplanması üçün neftin qiyməti 55 dollar ətrafında olmalıdır. FED.az xəbər verir ki, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayev, dekabrın 19-da, Bakıda «Resurs gəlirlərinin idarə olunması: "ŞƏFFAFLIQ VƏ HESABATLILIQ" mövzusunda keçirilən tədbirdə bildirib.
Ekspert öz çıxışında Azərbaycanda bir qədər əvvəl tətbiq edilmiş büdcə qaydası və onun iqtisadi təsirlərini, eləcə də neft gəlirləri və dövlət büdcəsi ilə bağlı riskləri qiymətdəndirib. Bu qaydanın qəbul edilməsinin düzgün addım olduğunu, nəticədə büdcə risklərini azaldacağını vurğulayan ekspert eyni zamanda büdcə ilə bağlı qalan riskləri də sadalayıb.
Eləcə də bax: "Ödəyici şikayət etsə, vəsait hesabdan silinməyəcək" - DƏYİŞİKLİK NƏYİ DƏYİŞİR?
Onun sözlərinə görə, hazırda dünya bazarında neftin qiyməti, büdcə gəlirləri və hazırki tənzimləyici mexanizmləri nəzərə aldıqda, gləcək nəsillər üçün yığımların baş verməsi nisbətən yüksək neft qiymətləri şəraitində – neftin qiymətinin ən azı 55 dolları ötdüyü şəraitdə mümkün ola bilər.
Ekspert neft gəlirləri və büdcə ilə bağlı digər riskləri də açıqlayıb. Bunlar aşağıdakılardır:
- neft gəlirlərindən büdcə vasitəsilə istifadənin məhdudlaşdırılması təşəbbüsünün məzənnə sabitliyinə təsirinə dair iqtisadi əsaslandırma təqdim edilməsi məqsədəuyğun olardı.
- büdcə qaydasına əsasən, gəlirlərin məhdudlaşdırılması üçün təklif olunan formulanı təşkil edən elementlərin protsiklik xarakter daşıması da diqqətdə saxlanmalıdır.
- Təklif olunan büdcə qaydaları büdcənin neftdən yüksək asılılığının azalmasına gətirib çıxarmaya bilər.
- Neft gəlirlərinin xərclənə bilən hissəsinin müəyyənləşdirilməsi üçün təklif olunan formula milli valyutanın məzənnəsindən birbaşa asılıdır.
- Büdcə qaydasının maliyyə ili ərzində dayanırılması üçün hüquqi tələblər kifayət qədər yumşaqdır və bu vəziyyətdə qaydalvrın təbiqinin mütəmadi dayandırılması fiskal çərçivələrin rolunu kifayət qələr azaldır.
- Mövcud qanunvericiliə əsasən, dövlət borunun hazırki təsnifatı xərclənə bilən
neft gəlirlərinin real həcminin müəyyən edilməsi baxımından etibarlı deyil.