Gələn ildən Azərbaycanda notariat xidmətlərinin səyyar və məsafədən videoəlaqə vasitəsilə həyata keçirilməsi mümkün olacaq.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda yer alıb.
Sənəddə icraçı orqan qismində Ədliyyə Nazirliyi göstərilib.
Bundan başqa, nazirliyə maliyyə imkanları çərçivəsində bir sıra şəhər və rayonqeydiyyat şöbələrinin və dövlət notariat kontorlarının iş şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər görülməsi də tapşırılıb.