"Dövlət Gömrük Komitəsi (DGK) bu il 30-dan çox korrupsiya faktı aşkar edib".
Bunu jurnalistlərə açıqlamasında Komitənin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, həmin faktlardan cinayət tərkibi olan işlər aidiyyəti üzrə digər qurumlara göndərilib.
"Korrupsiya əməlləri ilə bağlı 100-dən çox əməkdaşı işdən çıxartdıq. Bununla bağlı 365 gün, 24 saat mübarizə aparacağıq", - deyə o, qeyd edib.
ELƏCƏ DƏ BAX: Azərbaycanda rüşvət verdiyinə görə axtarışda olan adam varmış