Bu il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 281,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
ELƏCƏ DƏ BAX: Banklarda hansı əmanətlər artıb? – STATİSTİKA
Ümumi kredit portfelinin 9 milyard 779,1 milyon manatı və ya 79,6 faizi uzunmüddətli kreditlərin payına düşüb. Bu, 2017-ci ilin anoloji dövrü ilə müqayisədə 0,9 faiz azdır. Ümumi kredit portfelinin 2 milyard 502,2 milyon manatı isə qısamüddətli kreditdir. Bu, keçən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9,6 faiz çoxdur.
Kreditlərin 96,8 faizi banklar, 3,2 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1698,6 milyon manat olmuş və ümumi kredit portfelinin 13,8 faizini təşkil edib.
Daha çox kredit veriblər – 12 MİLYARDI KEÇDİ
21:59
17 Dek 2018