Eləcə də bax: Azərbaycanda dollarla yeni istiqraz buraxılıb
FED.az xəbər verir ki, dekabrın 13-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Qax konserv” ASC-nin qiymətli kağızları BFB-d alternativ bazar seqmentində ticarətə buraxılıb. Səhmin qiyməti ilkin ticarət qiyməti 2 AZN-dir.
№ | Döv. Qeyd. nömrəsi | Q/k növü və forması | Emitent | Q/k-ın ticarətə buraxılması tarixi | Q/k-ın ilkin ticarət qiyməti |
1 | AZ1001014799 | Adi səhm | “Qax konserv” ASC | 13.12.2018 | 2 AZN |
Səhmləri satışa çıxaran birja üzvü “Unicapital İŞ ASC”-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.