Bu ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz, noyabr ayında oktyabr ayına nisbətən isə 0,1 faiz bahalaşıb.
ELƏCƏ DƏ BAX: "Bu il 50 min nəfərə iş tapmışıq" - NAZİRLİK
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, noyabr ayında oktyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmizlənməsi, təmiri və kirayəsi, ictimai iaşə və stomatoloji xidmətlərin qiymətləri bahalaşıb.
Ölkə daxilində istirahət turlarının, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bu xidmətlər bahalaşdı – SİYAHI
21:42
12 Dek 2018