Çin məhkəməsi ölkə ərazisində«iPhone»nun 7 modelini satışına qadağa qoyub. FED.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə bu qərarı «Qualcomm» şirkətinin iddiası əsasənda qəbul edib. Adı çəkilən şirkət «iPhone»ların istehsalçısı olan «Apple»ni patentlərin pozulmasında ittiham edir.
Bundan başqa, məhkəmə «iPhone»un bəzi modellərinin ölkəyə gətirilməsinə də qadağa qoyub.
Qeyd edək ki, Apple-in satışlarının 20%-i məhz Çin bazarının payına düşür.
Böyük ehtimalla, Çin məhkəməsinin bu qərarı Çin hökumətinin «Huawei» şirkəti ilə bağlı qalmaqalda ABŞ-a cavabıdır. Belə ki, bir neçə gün əvvəl Kanadada "Huawei Technologies" şirkətinin maliyyə direktoru Men Vançjoun Kanadada həbs edilib. Bu ABŞ-ın verdiyi sorğu əsasvnda həyat keçirilib.
Çin bu qərara etiraz edərək həm Kanadanı, həm də ABŞ-a qarşı cavab tədbirlər görəcəyini bildirib.
Çindən «Huawei»ə görə, ABŞ-a şok cavab - iPhone7 QADAĞAN EDİLDİ
11:43
11 Dek 2018