Azərbaycanın "Çovdar" qızıl yatağının istismar müddəti artırılacaq.
Bu barədə yatağın istismarını həyata keçirən “AzerGold” QSC-nin sədri Zakir İbrahimov məlumat verib.
“Mövcud infrastrukturdan istifadə etməklə əlavə qızıl və gümüş hasil edəcəyik. Bu isə məhsullarımızın maya dəyərinin azalmasına gətirib çıxaracaq. “Çovdar” qızıl yatağının istismarının I mərhələsində 450 mln. ABŞ dolları məbləğində gəlir əldə edilməlidir. 2016-2018-ci illərdə bunun 230 mln. dolları artıq əldə edilib. II mərhələdə isə gəlir 500 mln. dollar təşkil edəcək”, - deyə o qeyd edib.