Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) informativ maliyyə xidmətləri xəritəsi yaradıb.
FED.az MBNP-a istinadən xəbər verir ki,ölkənin bütün regionlarında fəaliyyət göstərən bank, BOKT, ATM, valyuta mübadiləsi məntəqələrin, sığorta şirkətlərinin və “Azərpoçt” milli poçt operatorunun filial, şöbə və ofislərinin əlaqə məlumatlarını əldə etmək üçün i-Map informativ xəritəsindən istifadə edə bilərlər.
Xəritədə işğal olunmuş Azərbaycan ərazilərinin adları və turistlər üçün faydalı ola biləcək əsas turistik istiqamətlər barədə məlumat da yerləşdirilib.
Vətəndaşlar və ölkə qonaqları məkandan asılı olmayaraq i-Map informativ xəritədən istifadə etməklə maliyyə xidmətləri göstərən təşkilatların ünvanları, əlaqə telefonları, iş saatları və digər faydalı məlumatları rahatlıqla əldə edə bilərlər.
Daha ətraflı bu linkdən https://fimsa.az/az/map tanış ola bilərsiniz.
Azərbaycanda maliyyə xidmətləri xəritəsi yaradılıb
16:05
7 Dek 2018