Azərbaycandakı kredit bürosunda lizinq şirkətlərinin müştəriləri də «görünəcək». FED.az xəbər verir ki, lizinq şirkətlərinin Azərbaycan Kredit Bürosuna qoşulması lizinq şirkətləri ilə görüşdə müzakirə edilib. Görüşdə Büronun Baş direktoru Elçin Həbibov qurumun fəaliyyəti və göstərdiyi xidmətlər barədə məlumat verib. Baş direktor xatırladıb ki, kredit məlumatlarının mübadiləsi sistemi biznes qurumlarının risklərini də azaldır.
Eləcə də bax: «Görüşüb bütün problemləri həll etdik» - ASSOSİASİYA SƏDRİ
Görüşdə Büronun əməkdaşları Büronun xidmətləri və lizinq şirkətlərinin Büroya inteqrasiyası ilə bağlı nəzərdə tutulan plan və addımlar haqqında təqdimatlarla çıxış edib, tədbir iştirakçıları ilə məlumat mübadiləsi üzrə müzakirələr aparıblar.
Lizinq şirkətlərinin Büroya qoşulması üçün əvvəlcə büro lizinq şirkətlərinin Büroya inteqrasiyası imkanlarını qiymətləndirəcək və onların Büroya qoşulması üçün zəruri təlimatlar və test mühiti veriləcək.
Müvafiq hazırlıq prosesini başa çatdırmış və öz portfelini Büroya ötürməyə hazırlığı bitirən şirkətlər Büro ilə real vaxt rejimində məlumat mübadiləsinə başlayacaqlar.