“Hazırda elektron əmtəə nəqliyyat qaiməsi sistemi işlənib hazırlanır”.
Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
ELƏCƏ DƏ BAX: Bir neçə marşrut xətti birləşdirilir, avtobuslar yenilənir - AÇIQLAMA
“Bakutel-2018” sərgisi çərçivəsində müasir texnologiyaların nəqliyyat sahəsində tətbiqinə dair biz də müəyyən layihələrimizin açıqlamasını verdik. Növbəti nəqliyyat sərgimizdə (gələn ilin yay ayları) biz həmin layihənin nəticələrini açıqlayacağıq”, - deyə N.Allahyarova əlavə edib.
Qeyd edək ki, Elektron əmtəə nəqliyyat qaiməsi sistemi - yükalan, yükgötürən və yük daşıyıcısını, yəni daşıyıcını vahid elektron məkanda birləşdirmək imkanı verəcək. Eyni zamanda DANX yükün dövriyyəsinə nəzarət edə biləcək. Bu sistem vasitəsilə DANX baxmayaraq ki, özəl sahibkarlar vasitəsilə icra olunur, yükdaşıma prosesini nəzarətdə saxlaya biləcək, eyni zamanda tərəflər özlərini vahid elektron məkanda görə biləcəklər. Bu, nəzarət mexanizminin gücləndirilməsi və tərəflərin yükdaşıma sahəsində məsuliyyətliliyini artırmaq üçün nəzərdə tutulub.
finans.az
Yük daşıyıcıları vahid elektron məkanda birləşəcək – AÇIQLAMA
20:04
6 Dek 2018