Bir qədər əvvəl rebrendinq edərək adını «Premium Bank»a çevirən “Bank Silk Vey”dən ASC kredit verilməsini kəskin şəkildə məhdudlaşdırıb. Bu barədə FED.az-a bankdan bildirilib.
Bankdan FED.az-a bildirilib ki, bir neçə aydır ki, biznes kreditləri verilmir. İstehlak kreditləri də demək olar ki, dayandırılıb. Belə ki, istehlak kreditləri, yalnız aviasiya sahəsində işləyənlərə və ya əmək haqqını “Bank Silk Vey”in kartı ilə alanlara verilir.
Bankdan bu məlumatı şərh etmək istəməyiblər.
Qeyd edək ki, FED.az-ın tərğib etdiyi «Bankların nizamnamə kapitalına görə - RENKİNQİ»ndə “Bank Silk Vey” 104,6 milyon manat kapitalla 30 bank arasında 11-ci yeri tutur.
«Bankların balans kapitalına görə - RENKİNQİ (2018, III rüb)» üzrə isə 147,9 milyon manat balans kapitalı ilə 30 bank arasında 6-cı yeri tutur.
Bundan başqa, “Bank Silk Vey” ölkənin ən yüksək mənfəətlə işləyən banklarındandır. Bank bu ilin 3-cü rübünü 28,2 milyon manat mənfəətlə başa vuraraq, FED.az-ın tərtib etdiyi «Bankların 3-cü rüb yekunu - MƏNFƏƏT-ZƏRƏR» siyahısında 30 bank arasında mənfəətin həcminə görə, 5-ci yeri tutur.
“Bank Silk Vey”in kredit portfeli də kifayət qədər böyükdür. 3-cü rübün nəticələrinə görə, bankın kredit portfeli 554,7 milyon manat təşkil edib. Bu göstərici ilə bank FED.az-ın tərtib etdiyi «Kredit portfelinin həcminə görə bankların - RENKİNQİ»ndə 30 bank arasında 5-ci yeri tutur.
Azərbaycanda daha bir bank kredit verməyi - DAYANDIRIB
11:09
6 Dek 2018