Xarici dövlət borcuna münasibətdə Azərbaycan Maliyyə Nazirliyi konservativ mövqe tutmağa çalışır.
FED.az xəbər verir ki, maliyyə naziri Samir Şərifov bildirib ki, sxem çox sadədir: az borc götürürük, çünki götürməmək mümkün deyil, bütün dünya bu sxemlə işləyir, çalışacağıq ki, hər il xaricə ödədiyimiz borc cəlb etdiyimiz borcdan yüksək olsun.
ELƏCƏ DƏ BAX: «Vaxtı keçmiş borcumuz yoxdur, varsa sübut eləsinlər» - NAZİRLİYƏ CAVAB
Nazirin sözlərinə görə, nəticədə, xarici dövlət borcunun səviyyəsi ümumdaxili məhsula olan nisbəti daha da endiriləcək və beləliklə, optimal bir həddə düşəcək.
S.Şərifov Azərbaycanın xalis maliyyə aktivlərinin yüksək olduğunu vurğulayaraq, vəsaitə ehtiyac olmadığı təqdirdə belə süni şəkildə dövlətin borclanmasının bəzən əhəmiyyət daşıdığını qeyd edib. (Oxu.az)