Bankdan debet kart əldə edən müştərilər kartların bir sıra üstünlükləri və əlavə funksiyalarına fikir verirlər. Əlavə funksiyalardan olan “cash-back” ,”depozit”, “Paywave” və s. haqqında ötən yazılarımızda Sizlərə məlumat vermişdik. Debet kart sahibi müştərilərə bankların artıq uzun müddətdir ki təqdim etdiyi xidmətlərdən biri də “SMS Notification” (SMS məlumatlandırma) xidmətidir. Xidmətin özəlliyi ondan ibarətdir ki, kart hesabında baş verən hər bir əməliyyat üzrə məlumat dərhal “sms” şəklində kart sahibinin mobil nömrəsinə göndərilir. ”SMS” mətndə keçirilən əməliyyatın məbləği, ticarət məntəqəsini identifikasiya edən məlumatlar, əməliyyatın tarixi və saatı həmçinin kartınızın balansını əks etdirən məlumatlar qeyd edilir.
Bu xidmət həm təhlükəsizlik tədbirləri baxımından , həm də informativ olmaqla debet kart istifadəçiləri tərəfindən bir çox hallarda tərcih edilir. Əslində bu xidmət Banklar tərəfindən emissiya edilən digər növ kartlarda – kredit, taksit, əmək haqqı kartları və s. da mövcuddur. Lakin adıçəkilən kartların Bank üçün yüksək gəlirliliyi və digər maraqları olduğu üçün əksər hallarda pulsuz təqdim edilir.
Debet kartlarda isə vəziyyət fərqlidir, çünki bu kartlar müştərinin şəxsi vəsaitinin istifadəsi üçün nəzərdə tutulub və Banklar bu kartlar üzrə dövriyyə göstəricisini və gəlirliliyi proqnozlaşdıra bilmirlər. Bu səbəbdən digər xidmətlər kimi “SMS Notification” xidməti də ödənişli formada təqdim edilir. Təbii ki, istisnalar da mövcuddur, yəni bəzi debet kartları pulsuz təqdim edən Banklar da var. Monitorinq qrupumuz bu dəfəki araşdırması Bankların debet kartlarında olan “SMS Notification” üzrə tariflər haqqındadır. Aşağıdakı cədvəldə tariflərlə yanaşı bu xidmətin pulsuz təqdim edildiyi kartlar da qeyd edilib.
Bank |
“SMS Notification” üzrə tariflər |
Bu xidmət Pulsuz olan debet kart varmı? |
AccessBank |
1 aylıq – 0.5 AZN1 illik – 5 AZN |
myCard Classic (1 il Pulsuz)myCard GoldmyCard platinum |
AFB Bank |
1 aylıq – 1.5 AZN |
yoxdur |
AgBank |
1 aylıq – 1.18 AZN |
yoxdur |
Amrahbank |
1 aylıq – 1.30 AZN |
yoxdur |
ASB |
Pulsuz |
Bütün kartlar üzrə pulsuzdur |
Atabank |
1 aylıq – 1.20 AZN |
Yoxdur |
Azər – Türk Bank |
1 aylıq – 1.18 AZN |
Yoxdur |
Bank Avrasiya |
1 aylıq – 1 AZN |
Yoxdur |
Bank BTB |
1 aylıq – 2 AZN |
Yoxdur |
Bank of Baku |
5 AZN(kartın aktiv olduğu dövr ərzində) |
Visa Gold / MC GoldVisa İnfinite |
Bank Respublika |
1 aylıq – 0.99 AZN |
Visa İnfiniteMC Black EditionMC World Elite |
Premium Bank(Bank Silkway) |
1 aylıq – 1.20 AZN |
yoxdur |
Bank VTB |
1 aylıq – 2 AZN |
yoxdur |
ExpressBank |
1 illik – 6 AZN |
Expresso DebetVisa Gold / MC GoldVisa Platinum / MC Platinum |
Kapital Bank |
1 illik – 5 AZN və ya1 sms – 0.10 AZN |
Visa Gold / MC GoldVisa Platinum / MC PlatinumVisa İnfinite / MC World EliteBirkart Miles Debet |
Günay Bank |
1 aylıq – 1 AZN |
MC Black Edition |
Naxçıvanbank |
1 illik – 15 AZN |
yoxdur |
NBC Bank |
1 aylıq – 1.20 AZN |
yoxdur |
Nikoil Bank |
1 aylıq – 1.20 AZN |
Visa Gold / MC GoldVisa Platinum |
Rabitə Bank |
Visa Gold / MC Gold – aylıq 0.5 AZNDigər kartlar – aylıq 1.0 AZN |
MC PlatinumMC Black Edition |
Unibank |
1 aylıq – 0.50 AZN |
yoxdur |
Xalq Bank |
1 aylıq – 1.18 AZN |
yoxdur |
Turanbank |
1 illik – 15 AZN |
yoxdur |
YapıkrediBank Azərbaycan |
6 aylıq – 5 AZN1 illik – 10 AZN |
yoxdur |