İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan FED.az-a bildiriblər ki, fondun xətti ilə indiyədək 24 min 730 ipoteka krediti verilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 181 milyon 704 min 474 manatdan çoxdur.
Bu kreditlərdən 7 036-sı güzəştli kreditlərdir.
İpoteka kreditlərinin böyük hissəsi - 18,1 mini və ya 73%-i Bakıda, 2 371-i Sumqayıtda, 1 664-ü Abşeron rayonunda, 837-si Gəncədə verilib. Naxçıvanda isə 252 ipoteka krediti verilib.
Qalan rayon və şəhərlər arasında ipoteka kreditinin nisbətən çox verildiyi ərazilər Mingəçevir (91 kredit), Lənkəran (44 kredit), Göygöl (38 kredir), Şirvan (37 kredit), Yevlaxdır (29 kredit).