Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyata keçirilmiş 205,96 milyon manatlıq sığorta ödənişlərinin 51,5%-i və yaxud 106,001 milyon manatı "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.
ELƏCƏ DƏ BAX: Azərbaycanda sığorta bazarının 56%-nə bu şirkət nəzarət edir
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabata istinadən xəbər verir ki, "PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 64,479 milyon manat (31,3%) və 41,522 milyon manat (20,2%) ödəniş ediblər.
Ödənişlərin məbləğinə görə, 3-cü yerdə 16,837 milyon manatlıq (8,2%) göstərici ilə "Atəşgah Sığorta" ASC, 4-cü yerdə 12,937 milyon manatlıq (6,3%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 5-ci yerdə isə 12,371 milyon manatlıq (6%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi ödənişləri 148,146 milyon manat təşkil edib ki, bu da bazarın 72%-i deməkdir.
21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (3 260 manat), "Amrah Sığorta" (62 min manat) və "Bakı Sığorta (174 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi ödənişləri 239 min manat təşkil edib ki, bu da cəmi 0,1%-lik pay deməkdir.
Qalan 13 sığorta şirkətinin ödənişləri 57,575 milyon manat və yaxud bütün ödənişlərin 27,9%-i qədərdir.