Bakıda boşandıqdan sonra aliment verməyən qadın həbs edilib.
FED.az-ın məlumatına görə, bunu İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov bildirib.
ELƏCƏ DƏ BAX: Polis 22 borclunu saxladı
Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Niftəliyeva Samirə Nazim qızı 3 il 8 aydır həyat yoldaşından ayrılıb. Xəzər rayon Məhkəməsinin qərarı ilə cütlüyün arasındakı nikah pozulub və iki övladı atası ilə qalıb. Məhkəmə hər uşağa görə qadına 100 manat aliment kəsib. Məhkəmə qərarını icra etmədiyi üçün qadın saxlanılıb və Xəzər rayon Məhkəməsinin qərarı il 10 sutka inzibati həbsə məhkum olunub. Hazırda qadın Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır.
Bakıda aliment verməyən qadın – HƏBS OLUNDU
20:48
27 Noy 2018