“Tütün məmulatları ilə yanaşı, sulu və bütün növ qəlyanlar aksiz vergisinə cəlb edilməlidir. Qanunvericilikdə qəlyan da tütün məhsullarına bərabər tutulur. Amma Vergi Məcəlləsində bu məsələ öz əksini tapmayıb”.
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.
O, özəl səhiyyə mərkəzlərinə vergi güzəştlərinin tətbiq olunmasını təklif edib: “Özəl səhiyyə müəssisələri dövlətin sosial yükünü və məsuliyyətini daşıyır. Onlar vətəndaşlara xidmət edir, gəlirləri də vətəndaşların ödədikləri vəsait hesabına formalaşır. Bir sıra dövlətlərdə özəl tibb müəssisələri ya vergidən tam azad edilir, ya da güzəştli vergi tətbiq olunur. Bu baxımdan özəl tibb sektoruna vergi güzəştlərinin tətbiq edilməsi yaxşı olardı”.
Eləcə də bax: Vəkillərə vergi güzəşti istənildi