Bakı vaxtı ilə 17:43-ə olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 4,44% azalaraq 59,82 dollar/barelə düşüb.
WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 6,04% azalaraq 51,33 dollar təşkil edib.
Bu qiymət 2017-ci il oktyabrın 27-dən bəri ən aşağı qiymətdir.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.